Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb
Cənubi Koreyanın Pusan şəhərində Kamçxon limanından 8 km aralıda Rusiyanın "Crystal Asia" gəmisində yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə martın 26-da saat 7:14-də olub.
Pusan dəniz polisinin məlumatına görə, yanğında 6 heyət üzvü yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Bütün zərərçəkənlər operativ Pusandakı tibb müəssisələrinə yerləşdiriliblər.
İlkin ehtimala görə, yanğın maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi nəticəsində olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır