"Wallenius Wilhelmsen" 380 milyon dollar dəyərində daşıma müqaviləsi imzalayıb
Norveçin Ro-Ro daşıma şirkəti "Wallenius Wilhelmsen" adını açıqlamadığı bir avtomobil istehsalçısı ilə beş illik yeni daşıma müqaviləsi imzalayıb.
"Seanews.az" xəbər verir ki, bu barədə şirkətin Müştəri məsuliyyəti üzrə rəhbəri Pia Synnerman açıqlama verib.
O bildirib ki, "Wallenius Wilhelmsen" bu müqavilə çərçivəsində təxminən 380 milyon dollar gəlir əldə etməyi gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır