Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-05,
Seanews
Heyder Eliyev

“Mitsubishi Shipbuilding” üç metanol bərəsi üçün sifariş alıb

Yaponiyanın gəmiqayırma şirkəti “Mitsubishi Shipbuilding” mühərrikləri metanolla işləyə bilən üç yük-sərnişin bərəsinin tikintisi üçün əlavə sifarişlər alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Gəmilərin tikinti üçün müqavilələr “Toyofuji Shipping”, “Miyazaki Sangyo Kaiun” və “Nichitoku Kisen” gəmiçilik şirkətləri ilə bağlanıb.

Hər üç bərə “Enoura Shipyard & Machinery Works” tərsanəsində tikiləcək. Gəmilərin sifarişçilərə təhvil verilməsi 2028-ci ilə nəzərdə tutulur. Bərələr metanol və ya mazutla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.

Bildirilir ki, bu, “Mitsubishi Shipbuilding” üçün artıq ikinci belə sifarişdir: 2024-cü ilin yayında şirkətə metanolla işləyən iki bərənin tikintisi sifariş verilmişdi.

Ro-Ro gəmilərinin uzunluğu təxminən 168 metr, eni 30,2 metr, ümumi tutumu 15,7 min ton, nəqliyyat vasitələrinin tutumu 2,3 min vahid, maksimum istismar sürəti 21 düyündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır