Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-08,
Seanews
Heyder Eliyev

“Tsuneishi Shipbuilding” zavodunda hidrogenlə işləyən ilk yedək gəmisi suya buraxılıb

Yaponiyanın “Tsuneishi Shipbuilding” zavodunda hidrogenlə işləyən ilk yedək gəmisinin suya buraxılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma şirkəti məlumat yayıb.

Yedək gəmisi iki güclü 12 silindrli mühərriklə təchiz edilmişdir. Gəmi həm hidrogen, həm də ənənəvi yanacaqla işləyə biləcək. Gəmiqayırma mütəxəssislərinin fikrincə, bu, karbon qazı emissiyalarını təxminən 60% azaldacaq. Gəmidə yüksək təzyiqli hidrogen anbarları da var.

Şirkət qeyd edir ki, gəminin tikintisi zamanı ümumi emissiyaları azaltmaq üçün Yaponiyada istehsal olunan ekoloji cəhətdən təmiz polad təbəqələrdən istifadə edilib. Hidrogenlə işləyən yedək gəmisinin uzunluğu 38 metr, eni 9,6 metr, suya oturumu 4,2 metr, ümumi tutumu 300 tondur.

Qeyd edək ki, “Tsuneishi Shipbuilding” şirkəti (“Tsuneishi Group”-a daxildir) yükdaşıyıcıların, konteyner gəmilərinin, tankerlərin və s. tikintisi üzrə ixtisaslaşıb. Onun Yaponiya, Filippin və Çində istehsal müəssisələri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır