Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-13,
Seanews
Heyder Eliyev

"Orlen" şirkətinin iki yeni LNG tankerinə ad verilib

Cənubi Koreyadakı “Hyundai Samho Heavy Industries” gəmiqayırma zavodunda Polşanın böyük neft emalı zavodu “PKN Orlen” üçün tikilmiş iki mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə ad verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, tankerlər “Jozef Pilsudski” və “Ignacy Jan Paderewski” adlandırılıb. Polşa şirkəti həmçinin 2026-cı ilə qədər öz donanmasında gəmilərin sayını səkkizə çatdırmağı planlaşdırdığını açıqlayıb. Gəmilər 10 il müddətinə icarəyə götürülüb və taym-çarter müqaviləsinin uzadılması mümkündür. Hər bir tanker 70 min ton LNG (təxminən 100 milyon kubmetr) daşıya biləcək. Yeni gəmilərin ölçüləri və texniki xüsusiyyətləri, dünyanın demək olar ki, bütün LNG terminallarında onları yükləməyə və boşaltmağa imkan verir.

Gəmilər istismar səmərəliyinin artırılmasına yönəlmiş ən qabaqcıl texniki həllərdən istifadə edilməklə tikilir. Bu, inteqrasiya edilmiş enerji idarəetmə sistemini və bortda relikafasiya texnologiyasını əhatə edir. Bundan əlavə, iki yanacaqlı mühərriklər həm dizel, həm də LNG ilə işləyə bilər.

Qeyd olunur ki, dəniz yolu ilə Polşaya çatdırılan maye qazın payı durmadan artır. 2024-cü ildə LNG ölkəyə idxal edilən bütün qazın demək olar ki, yarısını təşkil edib. Polşaya gələn LNG yüklərinin çoxu “Swinoujscie” terminalında qəbul edilir. Əsas təchizatçılar Qətər və ABŞ-dir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır