Polşa bu ilin sonuna qədər yeni sualtı qayıqlar almağı planlaşdırır
Polşa 2025-ci ilin sonuna kimi “Orka” proqramı çərçivəsində yeni sualtı qayıqların alınmasına dair müqavilə imzalaya bilər.
“Seanews.az” xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış “Polsat” telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, Fransa, İsveç, Almaniya, İtaliya və Cənubi Koreya potensial təchizatçılar kimi nəzərdən keçirilir. Polşanın 21-ci əsrin əvvəllərində inkişaf etdirməyə başladığı “Orka” proqramı 2022-ci ilə qədər qanadlı raketlərlə silahlanmış 3-4 sualtı qayığın alınmasını nəzərdə tuturdu.
Xatırladaq ki, 2024-cü ildə İspaniyanın “Navantia” şirkəti Polşaya sualtı qayıqlar tədarük etməyə hazır olduğunu bəyan etmişdi. Həmin vaxt gəmiqayırma şirkəti Polşa ordusunun almaq niyyətində olduğu üç sualtı qayığın dörd potensial təchizatçısından biri hesab olunurdu.
Başqa sözlə, “Navantia” ilə yanaşı, Fransanın “Naval Group”, Almaniyanın “TKMS” və İsveçin “Saab Kockums” şirkətləri də öz sualtı qayıqlarını Polşaya təklif ediblər.