Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
    3:07:43

“Yang Ming” tutumu 8-15 min TEU olan 13 konteyner gəmisi alacaq

Tayvanın “Yang Ming Marine Transport Corporation” (“Yang Ming”) şirkəti Yaponiyanın gəmi sahibi “Shoei Kisen Kaisha”-dan 8000 TEU tutumlu üç konteyner gəmisi alır.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiçilk şirkətinin mətbuat xidməti məlumat yayıb.

Gəmilər hazırda “Imabari Shipbuilding” zavodunda tikilir və sifarişçiyə 2028-2029-cu illərdə təhvil verilməlidir. Yeni gəmilər gələcəkdə alternativ yanacaqlardan, o cümlədən metanoldan istifadə etməyə hazır olan və enerjiyə qənaət edən əsas mühərriklərlə təchiz olunacaq.

Yada salaq ki, daha əvvəl “Yang Ming”-in direktorlar şurası şirkətin donanmasının optimallaşdırılması planını təsdiqləmişdi. Plan, tutumu 8-15 min TEU olan 13 konteyner gəmisinin alınmasını da nəzərdə tutur. Yaponiya şirkətindən tikilməkdə olan və iki yanacaqla işləyəcək üç gəminin alınması bu planın həyata keçirilməsində birinci mərhələdir.

Qeyd edək ki, “Yang Ming” dəniz konteyner daşımalarını təmin edən dünyanın aparıcı gəmiçilik şirkətlərindən biridir. Şirkətin sərəncamında balkerlər, supertankerlər və filiz daşıyıcıları var. Bundan əlavə, donanmanın əksəriyyətini 3 min TEU, 5,5 min TEU və 8 min TEU tutumlu kiçik konteyner gəmiləri təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır