Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
Seanews
Heyder Eliyev

Kanadanın yeni buzqıran gəmisi ən mürəkkəb şəraitdə də özü “donub qalmayacaq”

“Shipbuilder Seaspan Shipyards” (“Seaspan”) yeni "ağır" qütb buzqıran gəmisinin tikintisi üçün polad kəsimi mərasimi keçirib.

“Seanews.az” “Naval Today”-a istinadən xəbər verir ki, Kanada Sahil Mühafizəsi üçün nəzərdə tutulan gəminin uzunluğu 158 metr, eni 28 metr olacaq.

Göyərtəsinə 100 nəfər götürəcək buzqıran dünyada bir neçə “Polar-class 2” gəmisindən biri kimi, daha çətin şəraitdə və daha uzun müddət işləyə biləcək.

“Seaspan” şirkətində gəminin 162 000 km-dən çox Arktika sahil xətti boyunca tranzit imkanlarının təmin edilməsində mühüm rol oynayacağına əmindirlər.

Axtarış və xilasetmə işləri də daxil olmaqla, gəmi fövqəladə hallara cavab verə biləcək, ən mürəkkəb şəraitdə də özü “donub qalmayacaq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır