Yeni torpaqqazan 57 yaşlı “Dredge McFARLAND”-ı əvəz edəcək
Amerikanın “Eastern Shipbuilding” (“ESG”, Florida) gəmiqayırma qrupu ABŞ Ordusunun Mühəndislər Korpusu (USACE) üçün özüyeriyən torpaqqazan gəminin tikintisinə başlayıb.
“Seanews.az” xəbər verir ki, yeni gəmi 57 yaşlı “Dredge McFARLAND”-ı əvəz edəcək.
“Dredder Allanton” və “Port St. Joe”-dəki tərsanələrdə tikiləcək gəmi sifarişçiyə 2027-ci ildə təhvil verilməlidir. USACE-nin köməkçi donanmasının tərkibinə daxil ediləcək yeni torpaqqazan sifarişçiyə ölkənin daxili su yollarında təhlükəsiz naviqasiyanı təmin etmək üçün lazımdır.
Layihə Niderlandın “Royal IHC” şirkəti tərəfindən hazırlanıb. Gəminin uzunluğu 97,5 metr, eni 21,9 metr, suya oturumu 3,43 metr - 7,77 metr, anbar tutumu 4587 kubmetrdir.
Yarı avtonom “Dredge Assist” proqramının istifadəsi olunması torpaqqazanı daha unikal edir: tapşırıqların yerinə yetirilməsi üçün minimal insan müdaxiləsi kifayətdir.
Qeyd olunur ki, USACE təxminən 45 il ərzində yeni dərin torpaqqazanlar sifariş və ya inşa etməyib. ABŞ Ordusu Mühəndislər Korpusunun donanmasında hazırda cəmi dörd torpaqqazan var.