Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-13,
Seanews
Heyder Eliyev

Kurık dəniz limanında yeni “Nasipkali Marabayev” quru yük gəmisi suya salınıb

2025-ci il aprelin 10-da Qazaxıstanın Kurık dəniz limanındakı Sarja terminalının yanalma körpüsündə yeni “Nasipkali Marabayev” quru yük gəmisi suya salınıb.

“Seanews.az” Manqistau vilayəti hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müasir avadanlıqla təchiz edilmiş “Nəsipkalı Marabayev” gəmisi quru və ümumi yüklərin daşınması üçün nəzərdə tutulub. Yükgötürmə qabiliyyəti 7 min ton, uzunluğu 136 metr, eni 16 metr, hündürlüyü 7 metrdir. Müxtəlif iqlim şəraitində işləmək üçün uyğunlaşdırılmış gəmi açıq dənizə və çaylara da çıxa bilir. Gəminin 14 nəfərdən ibarət heyəti ixtisaslı Qazaxıstan vətandaşlarından təşkil olunub.

Mərasimdə Mangistau vilayətinin rəhbəri Nurdaulet Kilıbay, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin dəmir yolu və su nəqliyyatı komitəsinin sədri Janibek Tayjan, “Lukoil Lubricants Central Asia” MMC-nin dəniz layihələri üzrə direktor müavini Alik Aidarbayev, o cümlədən adı gəminin gövdəsinə həkk olunan “Qazaxıstanın Əməkdar neftçisi”, Aktau şəhərinin fəxri vətəndaşı Nəsipkalı Marabayevin ailəsi, neft və qaz sənayesi veteranları iştirak ediblər.

Gəmi “Semurg Invest” (Qazaxıstan) və “Freeseas Container Shipping” (BƏƏ) tərəfindən təsis edilən və qazax-ərəb birgə gəmiçilik şirkəti idarə ediləcək. Mərasimin sonunda “Semurq İnvest” və “Freeseas Container Shipping” arasında Xəzər dənizində yeni gəmilərə investisiyaların cəlb edilməsinə dair memorandum imzalanıb. 2027-ci ilə qədər şirkət gəmilərin sayını altıya çatdırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır