“USS John F. Kennedy” gəmisinin tikintisi ləng gedir
Göyərtənin altından döyüş sursatlarının daşınması üçün istifadə edilən liftlərlə, eləcə də təyyarələrin buraxılması və bərpa sistemləri ilə bağlı həll edilməmiş “kritik problemlər” səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin 2025-ci ilin iyul ayına planlaşdırılan ən yeni “USS John F. Kennedy” təyyarədaşıyan gəmisinin təhvil verilməsi gecikə bilər.
“Seanews.az” “Bloomberg”-yə istinadən xəbər verir ki, ABŞ Konqresində dinləmələr üçün hazırlanan məlumatda belə deyilir.
12,9 milyard dollarlıq təyyarədaşıyan gəminin tikinti işlərinin 95 faizi yerinə yetirilsə də, gəmi istehsalçısı “HII” şirkətinin təyyarədaşıyanı cari ilin yeddinci ayında təhvil vermək vədi o qədər də inandırıcı görünmür.
Qeyd edək ki, “USS John F. Kennedy” dörd “Ford” sinifli təyyarədaşıyan gəmidən ikincisidir. Onun sələfi “Gerald R. Ford” 2017-ci ilin may ayında sifarişçiyə təqribən 32 ay gecikmə ilə və işlək silah liftləri olmadan təhvil verilmişdi.