Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
Seanews
Heyder Eliyev

Çində 25 mərtəbəli bina hündürlüyündə konteyner gəmisi inşa edilib

Fransanın "CMA CGM" şirkəti Çin Dövlət Gəmiqayırma Korporasiyasına (CSSC) məxsus "Hudong-Zhonghua Shipbuilding" tərsanəsində inşa edilən dünyanın ən böyük iki yanacaqlı (LNG və dizel) konteyner gəmisini təhvil alıb.

"Seanews.az" xəbər verir ki, "CMA CGM Seine" adlı gəmi 2025-ci il aprelin 18-dən Uzaq Şərq – Avropa marşrutu üzrə fəaliyyət göstərəcək.

Yeni nəsil ekoloji konteyner gəmisinin uzunluğu 399, eni 61,3 metrdir. 

Gəmi bir səfərdə göyərtəsinə ümumi çəkisi 220 min tonadək olan 24 min standart konteyner götürəcək.

25 mərtəbəli bina hündürlüyündə olan bu gəminin mühərrikləri LNG ilə işləyir və yanacaq doldurduqdan sonra konteyner gəmisi 20 000 dəniz mili (37 000 km-dən çox) məsafə qət edə bilər.

Bu, "CMA CGM"-in sifariş etdiyi dörd ultra böyük ikili yanacaqlı gəmidən ilkidir. 

Layihə çərçivəsində "Hudong-Zhonghua Shipbuilding" indiyədək "CMA CGM"-ə ümumilikdə 17 ədəd konteyner gəmisi, o cümlədən 12 ədəd iki yanacaqlı gəmi təhvil verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır