Yeni patrul gəmiləri bir sıra parametrlərə görə sələflərini üstələyəcək
Hindistanın "Garden Reach Shipbuilders and Engineers" (“GRSE”) gəmiqayırma şirkəti Hindistan Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil dəniz patrul gəmilərinin (“NGOPV”) sayca üçüncüsünün təməlini qoyub.
“Seanews.az” xəbər verir ki, yeni patrul gəmiləri bir sıra parametrlərə görə öz sələflərini üstələyir. Daha böyük və atəşə dözümlü bu gəmilərin uzunluğu təqribən 113 metr, eni 14,6 metr, yükgötürmə qabiliyyəti 3000 tondur. Bundan əlavə, “NGOPV”-lər 23 düyün sürətlə hərəkət edə bilir. Heyət 24 zabit və 100-dən çox dənizçidən ibarətdir.
4 metr suya oturumlu bu gəmilər ən müxtəlif funksiyaları, o cümlədən dəniz obyektlərini qoruma, axtarış və ələ keçirmə əməliyyatlarını rahat yerinə yetirə bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır