ABŞ Hərbi Dəniz Qüvvələri üç pilotsuz mina əleyhinə gəmini qəbul edib
Amerikanın “Bollinger Shipyards” gəmiqayırma şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk üç pilotsuz yerüstü mina əleyhinə gəmisini (“MCM USV”) təhvil verib.
“Seanews.az” “Naval Today”-ə istinadən xəbər verir ki, bu gəmilər minaların naviqasiya üçün ciddi təhlükə törətdiyi sahilyanı ərazilərdə, strateji boğazlarda və dəniz dəhlizlərində mina axtarışı və təmizləmə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Qeyd edilir ki, pilotsuz “MCM USV”-lər mina təhlükəsi olan sularda personal üçün riski əhəmiyyətli dərəcədə azaldacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır