Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Tayvanın ilk sualtı qayığı 2025-ci ilin noyabrına istismara hazır olacaq

Tayvan dənizçiləri ölkənin öz istehsalı olan ilk sualtı qayığının dəniz sınaqlarına hazırlıq işlərini başa çatdırırlar.

“Seanews.az” xəbər verir ki, gəminin dəniz sınaqlarının 2025-ci ilin sentyabrın 30-da başa çatdırılması, donanmaya təhvil verilməsi isə 2025-ci ilin noyabrına planlaşdırılır.

Xatırladaq ki, yeddi sualtı qayığının tikintisi layihəsi Tayvana 8,88 milyard dollara başa gələcək. Gəmilərin inşası və təhvil verilməsi 2025-2038-ci illər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tayvanın yerli istehsalı olan ilk sualtı qayığı 2024-cü ilin iyulunda suya buraxılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır