Fransada Avropanın ən böyük təyyarədaşıyan gəmisi inşa ediləcək
2038-ci ilə qədər Fransa Hərbi Dəniz Qüvvələri iki nüvə reaktoru və 78 min ton yükgötürmə qabiliyyəti olan bir təyyarədaşıyıcı almağı planlaşdırır.
Bu barədə “Seanews.az” “Army Recognition”-a istinadən xəbər verir.
Göyərtəsinə müxtəlif tipli 40-dan çox təyyarə götürəcək gəminin uzunluğu 310 metr, eni 85 metr olacaq. Aviadaşıyıcı lazer, hava hücumundan müdafiə və sair zəruri sistemlərlə təchiz ediləcək. Bütün növ dronlar üçün uyğunlaşdırılmış gəmi “General Atomics”-dən üç “EMALS” elektromaqnit katapultu və üç “AAG” eniş sistemi alacaq.
Avropanın tarixində ən böyük döyüş gəmisinin tikintisi sifarişi böyük ehtimalla Fransanın “Naval Group” gəmiqayırma şirkətinə veriləcək. Bütün rəsmiləşdirmələr bu ilin sonuna kimi həll ediləcək.
Korpusun tikintisinə təxminən 2031-2032-ci illərdə başlanması planlaşdırılır, 2035-ci ildə gəmi müvəqqəti dizel mühərriki ilə 2036-cı ildə başlayacaq reaktor yanacağının yüklənməsi və dəniz sınaqları üçün Tulon şəhərinə yola düşəcək.