Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

“DUFAS” layihəsi Türkiyənin dəniz təhlükəsizliyində yeni dövr açır

Türkiyənin milli imkanlarla hazırladığı “DUFAS” (Dəniz Altı Akustik Sistemləri) layihəsi uğurla yekunlaşıb.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış yeni nəsil akustik sensorlar və idarəetmə sistemlər istifadə üçün artıq Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“DUFAS” sistemi dənizdə sualtı hədəflərin aşkarlanması, izlənməsi və təhlil olunması üçün yüksək texnoloji imkanlar yaradır. Sınaq mərhələlərində sistemin dəqiqliyi, sürətli məlumat emalı və real vaxt rejimində işləmə qabiliyyəti xüsusilə fərqlənib. Bu texnologiya sualtı təhlükələrə qarşı daha effektiv və çevik müdafiə imkanını təmin edir.

Layihə rəhbərliyi bildirir ki, “DUFAS” həm də ixrac potensialına malikdir və yaxın gələcəkdə müttəfiq ölkələrlə əməkdaşlıq çərçivəsində təqdim olunması nəzərdə tutulur. Yeni sistem milli təhlükəsizlik strategiyasının əsas elementlərindən birinə çevrilib.

Ekspertlər hesab edirlər ki, “DUFAS” layihəsinin uğurla başa çatması Türkiyənin regional və qlobal dəniz təhlükəsizliyi sahəsində mövqeyini gücləndirəcək və müdafiə sənayesində innovativ texnologiyaların inkişafını sürətləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır