Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Finlandiya üçün yeni nəsil buzqıran gəminin layihəsi hazırlanacaq

Finlandiyanın Nəqliyyat İnfrastruktur Agentliyi və “Aker Arctic” mühəndislik və layihələndirmə şirkəti Baltik dənizində müşayiət xidmətləri göstərəcək yeni nəsil buzqıran gəmi layihəsinin hazırlanması üçün saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəminin layihələndirilməsi Avropa Birliyi (AB) ölkələrində qış naviqasiyasının inkişafı üçün AB büdcəsi hesabına maliyyələşdirilən “WINMOS III” layihəsi çərçivəsində həyata keçiriləcək.

“Aker Arctic” xatırladır ki, Finlandiya limanlarına ilboyu çıxışın təmin edilməsi kifayət qədər buzqırma gücü tələb edir. Məsələn, 2023-2024-cü illərdə buzqıran gəminin müşayiəti dövründə Finlandiyanın ilk  buzqıran gəmisi noyabrın sonunda Botniya körfəzinə göndərildi və yanvarın sonunda Finlandiyanın bütün buzqıran donanması istismarda idi.

İlkin layihələndirmə mərhələsinə müxtəlif alternativ yanacaq növlərinin və buzqıran gəmilər üçün uyğun avadanlıq konfiqurasiyalarının qiymətləndirilməsi daxildir.

“Aker Arctic Technology” buz sinifli gəmilərin, buzqıranların, dəniz strukturlarının, limanların inkişafı, layihələndirilməsi, mühəndisliyi, konsaltinq və sınaqları üzrə ixtisaslaşmış şirkətdir. Model sınaqlarının aparılması üçün müasir eksperimental hövzəsi olan “Aker Arctic Technology”-in səhmdarları “Finnish Industry Investment”, “ABB” və “Aker Solutions” şirkətləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır