“Bureau Veritas Marine & Offshore” “Union Maritime” üçün tikilən metanol və kimyəvi tankerləri təsnif edəcək
“Union Maritime”-nin sifariş etdiyi və “Norsepower Rotor Sails”-in (“NPRS”) hazırladığı rotor yelkənləri də daxil olmaqla, külək mühərriki ilə təchiz edilmiş bir sıra metanol və kimyəvi tankerlər Fransız təsnifat cəmiyyəti “Bureau Veritas Marine & Offshore” (“BV”) tərəfindən təsnif ediləcək.
“Seanews.az” xəbər verir ki, bu barədə yelkən sisteminin yaradıcısı Finlandiyanın “Norsepower” şirkəti məlumat yayıb.
Bu seriyanın ilk iki gəmisi olan “Buran” və “Ostro” Çinin “Fujian Southeast Shipbuilding” tərsanəsində inşa edilib və cari ilin fevral və aprel aylarında sifarişçiyə təhvil verilib.
“Union Maritime”-ın sifarişlər kitabında dedveyti 18,5 min ton olan daha iki tanker var ki, onlar hazırda həmin tərsanədə tikilir. Daha iki gəmi isə Çinin “Wuhu Shipyard Co., Ltd” zavodunda inşa olunur. Onların hamısı 2025-ci ildə istismara verilməlidir.
Bu altı gəmi “Union Maritime”-in donanmasında Fransanın təsnifat cəmiyyəti “BV” sinfinə uyğun inşa ediləcək seriyanın ilk gəmiləri olacaq. 2026-2028-ci illər arasında gəmiçiliyə, daha 25 tankerin çatdırılması planlaşdırılır. Bu gəmilərin hamısı külək mühərriki sistemləri ilə təhvil veriləcək.
Qeyd edək ki, Finlandiyanın “Norsepower Oy” şirkəti gəmiçilik sənayesi üçün alternativ enerji texnologiyaları və müasir köməkçi külək hərəkəti sistemləri hazırlayır.