Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-16,
Seanews
Heyder Eliyev

Çinin “An Yang 2” balkeri yayda saydan çıxarılacaq

2025-ci il fevralın 8-də Nevelskdə (Saxalin)  saya oturan Çinin “An Yang 2” balkerindən neft məhsullarının boşaldılması üçün hazırlıqlara başlanılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Saxalin vilayətinin Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

1000 ton kömürlə yüklənmiş və göyərtəsində təxminən 700 ton mazut və 100 ton dizel yanacağı olan “An Yan 2” gəmisi Nevelsk limanından 2 km cənubda sahildən 200 metr aralıda saya oturub. Gəminin 20 heyət üzvünün hamısı Çin vətəndaşı olub.

Federal Dövlət Büdcə Qurumunun "Dənizdə Xilasetmə Xidməti"nin mütəxəssisləri gəmidən boşaldılacaq neft məhsullarının daha sonra nəqli üçün yerüstü boru kəmərinin tikintisinə başlayıblar.

Nəqliyyat və Yol Təsərrüfatı naziri Maksim Joqolevin verdiyi məlumata görə, əvvəllər Saxalin vilayəti hökuməti ilə ÇXR nümayəndə heyəti arasında aparılan danışıqlar zamanı gəmidən yanacağın boşaldılması, habelə gəminin həyat qabiliyyətinin saxlanmasında iştirak etməyən beş heyət üzvünün Çinə qaytarılması barədə razılıq əldə olunub.

Uzunluğu 190 metr, eni 32 metr, hündürlüyü 18 metr olan “An Yan 2” quru yük gəmisinin vəziyyətinin yoxlanılması göstərib ki, gəmi sahibi saydan çıxarıldıqdan sonra gəmini istismar edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır