Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-21,
Seanews
Heyder Eliyev

Çində Türkiyənin “Arkas” xətti üçün konteyner gəmiləri tikiləcək

Türkiyənin “Arkas” konteyner şirkəti Çində konteyner gəmilərinin inşası üçün sifariş verib.

“Seanews.az” xəbər verir ki, Çinin “CSSC Huangpu Wenchong Shipyard” zavodu 3,1 min TEU tutumlu dörd konteyner gəmisi inşa edəcək. Müqavilədə daha iki gəmi sifariş vermək imkanı nəzərdə tutulur.

Bir konteyner gəmisinin dəyəri 50 milyon dollar olacaq. Bütün konteyner gəmilərinin çatdırılması 2028-ci ilə planlaşdırılır.

Bir il əvvəl “Arkas” 4000 tonluq altı gəmi sifariş etmişdi. Hər biri 60 milyona başa gələn bu gəmilər də Çində tikilir.

Bütün sifarişlər yerinə yetirilsə, “Arkas”ın yeni gəmilərin inşasına  sərmayəsi 650 milyon dolları keçəcək və donanmasında  konteyner gəmilərinin sayı 60-a çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır