Yeni təyyarədaşıyan gəminin tikintisi Fransaya 10 milyard avroya başa gələcək
Fransa hakimiyyət orqanlarının hazırkı donanmanın flaqmanı “Şarl de Qoll” təyyarədaşıyanını əvəz edəcək yeni gəminin tikintisinə bu il razılıq verəcəyi gözlənilir.
“Seanews.az” xəbər verir ki, bu barədə Fransa Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Nikola Vojur “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
"Texniki tapşırıqlar artıq tərtib edilib. Hazırda biz istehsalçılarla incə müzakirələr aparırıq ki, hər şey hərbi planlaşdırma haqqında qanunun maliyyə çərçivəsinə uyğun olsun", - admiral bildirib.
Daha əvvəl xəbər verildiyi kimi, təyyarədaşıyan gəminin tikintisinə dair sifariş 2025-ci ildə Fransanın Sen-Nazer şəhərindəki “Chantiers de l’Atlantique” gəmiqayırma zavodunda (Luara-Atlantik departamenti) veriləcək. İşlər 2026-cı ildən tez başlamayacaq və 2038-ci ilə qədər davam edəcəyi gözlənilir. Gəminin tikintisi ən azı 10 milyard avroya başa gələcək.
Qeyd edək ki, uzunluğu 305 metrə, eni 79,5 metrə çatacaq yeni təyyarədaşıyan təkcə flaqman "Şarl de Qoll" gəmisindən deyil, Avropada indiyə qədər inşa edilmiş ən böyük döyüş gəmisi olacaqdır.