Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-30,
Seanews
Heyder Eliyev

“NBOSCO” 2,7 min TEU tutumlu dörd konteyner gəmisi sifariş verib

“Huangpu Wenchong Shipbuilding” gəmiqayırma şirkəti (Quançjou, Çin, “CSSC” dövlət korporasiyasına daxildir) Çinin “Ningbo Ocean Shipping Company” (“NBOSCO”, “Ningbo-Zhoushan Port Group”-a daxildir) gəmiçilik şirkəti üçün 2,7 min TEU tutumlu dörd konteyner gəmisi tikəcək.

“Seanews.az” xəbər verir ki, “Huangpu Wenchong Shipbuilding” şirkəti “NBOSCO”-nun 192 milyon dollar dəyərində donanmanın genişləndirilməsi proqramı çərçivəsində gəmiqayırma podratçıları arasında keçirdiyi tenderin qalibi olub.

Gəmiqayırma zavodu bu yaxınlarda Türkiyənin “Arkas” gəmiçilik xətti ilə dörd konteyner gəmisinin (təsdiqlənmiş sifariş) və hər birinin tutumu 3,1 min TEU olan iki oxşar gəminin (seçim) tikintisi üçün müqavilə imzalayıb.

Bazar eksperti “Alphaliner”-in sözlərinə görə, “NBOSCO” gəmiçilik şirkəti 86 gəmidən ibarət donanma və tikilməkdə olan 10 gəmi ilə aparıcı konteyner daşıyıcıları siyahısında 24-cü yeri tutur.

Şirkət sonuncu dəfə gəmi tikintisi üçün 2024-cü ilin may ayında müqavilə bağlayıb. Bu sifarişə görə, “Jiangsu Haitong Offshore Engineering Equipment” (“JSHT”) gəmiqayırma zavodu “NBOSCO” üçün elektrik enerjisi ilə işləyən 740 TEU-luq  fider konteyner gəmisi inşa edir.

Qeyd edək ki, “Huangpu Wenchong Shipbuilding” konteyner gəmilərinin, dibdərinləşdirənlərin, qazma platformalarının və bu platformalar üçün dəstək gəmilərinin tikintisi üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır