Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-30,
Seanews
Heyder Eliyev

“MOL” mayeləşdirilmiş təbii qazla (LNG) işləyən böyük tutumlu neft tankeri sifariş edəcək

Yaponiyanı gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”) mayeləşdirilmiş təbii qazla (LNG) işləyən böyük tutumlu “VLCC” neft tankeri sifariş vermək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, bu barədə “MOL”-un mətbuat xidməti məlumat yayıb.

Gəmi hazır olduqdan sonra uzunmüddətli müqavilə əsasında “İdemitsu Tanker” şirkətinə taym-çarterə veriləcək.

Tanker Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) gəmiqayırma zavodunda inşa ediləcək.

Qeyd edilir ki, 2027-ci ildə tikintisi başa çatdırılacaq bu nəhəng ikiyanacaqlı mühərriklərlə təchiz edilmiş ilk “VLCC” olacaq.

Hazırda “MOL” gəmiçilik şirkətinin LNG ilə işləyən 40 gəmisi var. 2030-cu ilə qədər şirkət LNG və ya metanolla işləyən gəmilərinin sayını 90-a çatdırmaq niyyətindədir.

“VLCC” tankerinin uzunluğu təxminən 339,5 met, eni 60 metr, dedveyti 309 min ton olacaq.

“İdemitsu Tanker” neft və neft məhsullarının dəniz daşımalarında ixtisaslaşmış donanmanın operatoru və Yaponiyanın ən böyük neft şirkətlərindən biri olan “İdemitsu Kosan”-ın törəmə şirkətidir.

“Dalian COSCO KHI Ship Engineering” (Dalian, Çin) “Kawasaki Heavy Industries” və “China COSCO Shipping Corporation” şirkətlərinin birgə gəmiqayırma müəssisəsidir.

“Mitsui O.S.K. Lines” (“MOL”, Tokio, Yaponiya) şirkətinin istismar donanmasına ümumi dedveyti 54,7 milyon ton olan müxtəlif təyinatlı 742 gəmi daxildir. “MOL”-un  2024-cü maliyyə ilində gəliri təxminən 12,5 milyard dollar, xalis mənfəəti isə 3 milyard dollar təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır