

“MOL” iki yanacaqla işləyən metanol tankerini istismara qəbul edib
Cənubi Koreyanın “HD Hyundai Mipo” tərsanəsində iki yanacaqla işləyən “Kohzan Maru VII” metanol tankerinin istismara verilməsi mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, bu barədə tankeri sifariş edən “MOL” gəmiçilik şirkətinin mətbuat xidməti məlumat yayıb.
Dedveyti 47 960 olan gəmi “Mitsubishi Gas Chemical” ilə uzunmüddətli taym-çarter müqaviləsi əsasında metanol daşıyacaq. İkiyanacaqlı mühərriki sayəsində tanker metanolla işləyə biləcək.
Qeyd etmək lazımdır ki, bu gün “MOL” metanolun daşınması üzrə ixtisaslaşmış iri donanmalardan birini idarə edir. Hazırda şirkətin 19 belə tankeri var. “MOL” sıfır emissiyaya nail olmaq strategiyasına sadiq şirkətlərdəndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır