Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

Türkiyənin ilk yerli aviadaşıyıcı gəmisinin inşası davam edir

Türkiyənin ilk yerli aviadaşıyıcı gəmisi “Mugem”in inşası davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalının məqaləsində qeyd olunur.

Türkiyə Donanması Dizayn Layihə Ofisinin direktoru kapitan Hakan Uçar bildirib ki, gəmidə üstünlük yerli istehsal zərbə tipli PUA-lara və yüngül reaktiv təyyarələrə veriləcək.

Təxminən 285 metr uzunluğunda və 60 min ton ağırlığında olacaq gəmi 50-yə qədər hava vasitəsi daşıya biləcək. Həmçinin gəmi uçuş göyərtəsi, qısa məsafədən qalxış və enişi təmin edən STOBAR sistemi ilə təchiz olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır