

"Maersk" yeni nəsil “Berlin Mærsk” gəmisini təqdim edib
"A.P. Moller Maersk" 17 480 TEU tutumlu, ikili yanacaqla (metanol və dizel) işləyən yeni konteyner gəmisinə “Berlin Mærsk” adını verib.
"Seanews.az" xəbər verir ki, advermə mərasimi "Hyundai Heavy Industries" (HHI) gəmiqayırma zavodunda baş tutub.
Yeni gəminin 7 iyul 2025-ci il tarixində Çinin Şanxay limanına daxil olacağı və Şərqi Asiyanı Şimali Avropa ilə birləşdirən xətdə xidmətə başlayacağı bildirilir.
“Berlin Mærsk” dizayn baxımından daha əvvəl istismara verilmiş “Ane Mærsk” sinfinə oxşar olsa da, genişləndirilmiş gövdə sayəsində daha çox konteyner daşıma qabiliyyətinə malikdir.
Qeyd edək ki, bu, "Maersk"-in sifariş verdiyi eyni tipli gəminin ilkidir. Həmin sinfə aid digər beş gəminin 2025-ci ildə istismara verilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır