

"Alter Ego" adlı neft tankeri 19 illik fəaliyyəti ərzində 9-cu dəfə satılıb
300.000 dwt daşıma qabiliyyətinə malik olan “Alter Ego” adlı neft tankeri 19 illik fəaliyyəti ərzində 9-cu dəfə əl dəyişdirib.
Çin istehsalı olan bu VLCC) gəmisinin köhnə tonajlara üstünlük verməsi ilə tanınan Yunanıstanın “Cavalli Marine” şirkəti tərəfindən Çinli alıcılara təxminən 42 milyon ABŞ dollarına satıldığı bildirilir.
Bu əməliyyat VLCC seqmentində tonaj çatışmazlığı və geosiyasi gərginliklər səbəbilə artan qiymətlərin fonunda bazarda müşahidə olunan yüksəliş meylini bir daha təsdiqləyir.
Əvvəlki adı “Yale” olan və "Nantong COSCO KHI" gəmiqayırma zavodunda inşa edilən tanker 2023-cü ilin sonunda "Cavalli" tərəfindən Türkiyənin “Varan Denizcilik” şirkətindən satın alınmış və adı “Alter Ego” olaraq dəyişdirilmişdi.
“Alter Ego” gəmisi həm İran, həm də Venesuelaya səfər edib və 2008-ci ildə, cəmi iki yaşında olarkən, "TMT" şirkəti tərəfindən Hindistanın “Mercator” şirkətinə 170 milyon dollara satıldıqda manşetlərə çıxmışdı. Bu məbləğ o dövrdə bir VLCC üçün qeydə alınan ən yüksək satış qiymətlərindən biri idi.