Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Dünyanın ilk yelkənli Ro‑Ro gəmisinin dəniz sınaqları başlayıb

Türkiyənin “RMK Marine” tərsanəsində Fransanın “Neoline Armateurs” şirkəti üçün inşa edilən dünyanın ilk yelkənli Ro‑Ro gəmisi “Neoliner Origin" dəniz sınaqlarına başlayıb.

"Seanews.az" xəbər verir ki, 2023-cü ilin yanvarında müqaviləsi imzalanan və 2025-ci ilin yanvarında suya buraxılan gəminin martda əsas dirəyinin quraşdırılması işləri tamamlanıb. İndi isə gəminin yelkən sistemi quraşdırılıb və dəniz testləri üçün hazır vəziyyətə gətirilib.

136 metr uzunluğa və 24 metr enə malik gəmi 6.300 ton yük daşıma qabiliyyətinə sahibdir. Burada eyni anda 321 avtomobil, 265 ədəd 20 futluq konteyner və ya 125 ədəd 40 futluq konteyner daşına bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır