Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük canlı heyvan daşıyan gəmisi satılıb

Avstraliyanın “Wellard” şirkəti dünyanın ən böyük canlı heyvan daşıyan gəmisini Türkiyənin “Göktaşlar Et” şirkətinə satıb.

"Seanews.az" xəbər verir ki, müqavilənin dəyəri 51 milyon ABŞ dolları təşkil edir. Satışın həyata keçirilməsi üçün hazırda “Wellard” şirkətinin İdarə Heyətinin rəsmi təsdiqi gözlənilir. Satış başa çatdıqdan sonra dünyanın ən böyük canlı heyvan gəmisi Türkiyənin mülkiyyətində olacaq və Türkiyə bayrağı altında fəaliyyət göstərəcək.

Avstraliya şirkətinin yaydığı açıqlamada bildirilib ki, 176 metr uzunluğundakı bu nəhəng gəmini almaq üçün açıq hərracda ən yüksək təklifi “Göktaşlar Et” şirkəti təqdim edib. Gəmi “Göktaşlar Et”in törəmə müəssisəsi olan “Meteors Denizcilik” vasitəsilə satın alınacaq.

Sözügedən gəmi eyni vaxtda 20 min iribuynuzlu mal-qara və ya 75 min baş qoyun daşımaq imkanına malikdir. 

Qeyd edək ki, 2024-cü ildə Türkiyə ümumilikdə 600 min baş iribuynuzlu heyvan idxal edib. Yeni gəminin alınması ilə ölkənin canlı heyvan logistikasında imkanlarını daha da genişləndirəcəyi gözlənilir.

“Göktaşlar Et” şirkəti 1998-ci ildə Şərif Göktaş tərəfindən Türkiyənin Qaziantep şəhərində qurulub. 2006-cı ilədək yalnız ət istehsalı sahəsində fəaliyyət göstərən şirkət 2008-ci ilin 73 min heyvan tutumuna malik yemləmə kompleksi yaradıb və 2010-cu ildən etibarən həm qırmızı ət, həm də canlı heyvan ticarəti ilə məşğul olmağa başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır