Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

BYD avtomobildaşıyan yeni nəhəng gəmisini istismara verib

Çinli avtomobil istehsalçısı BYD 7000 avtomobil daşıma gücünə malik yeni PCTC tipli “BYD Zhengzhou” gəmisini istismara verib.

"Seanews.az" xəbər verir ki, yeni gəmi iyulun 16-da "Guangzhou Shipyard International" tərsanəsində baş tutan rəsmi mərasimlə şirkətə təhvil verilib. Bu, BYD-nin avtomobillərin xarici bazarlara daşınması üçün nəzərdə tutduğu 8 gəmidən ibarət donanma qurmaq planının tərkib hissəsidir.

“BYD Zhengzhou” gəmisi 2024-cü ildə istifadəyə verilmiş "BYD Explorer No.1" və cari ilin əvvəlində təqdim olunmuş "BYD Hefei" ilə eyni seriyaya daxildir. Yeni avtomobildaşıyan gəminin ümumi uzunluğu 199,9 metr, eni 38 metr, suya oturumu isə 8,6 metrdir. Gəmi 13 göyərtədən ibarətdir.

Üzən vasitə həm ənənəvi gəmi yanacağı, həm də mayeləşdirilmiş təbii qaz (LNG) ilə hərəkət edə bilir. 

Gəmi LNG rejimində belə 19 düyün sürətə çata və 15 800 dəniz milinə qədər məsafə qət edə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır