Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

"Navigator Gas" və "Amon Maritime" ammonyakla işləyən iki yeni qazdaşıyan gəmi inşa edəcək

Mayeləşdirilmiş qaz daşıyıcısı operatoru “Navigator Gas” şirkəti Norveçin “Amon Maritime” şirkəti ilə birgə müəssisə yaradaraq ammonyakla işləyən iki yeni 51 530 kubmetr tutumlu mayeləşdirilmiş ammonyak daşıyan gəminin tikintisinə başlayır.

"Seanews.az" xəbər verir ki, yeni birgə müəssisə “Navigator Amon Shipping” adlanacaq.

Tikinti işləri üzrə müqavilə Çinin “Nantong CIMC Sinopacific Offshore and Engineering” gəmiqayırma zavodu ilə bağlanıb. Hər bir gəminin orta dəyəri 84 milyon ABŞ dolları təşkil edir. Gəmilərin 2028-ci ilin iyun və oktyabr aylarında təhvil verilməsi planlaşdırılır.

Hər bir gəmi layihəsinə Norveç hökumətinin "Enova" agentliyi tərəfindən 90 milyon Norveç kronu (təxminən 9 milyon ABŞ dolları) həcmində investisiya qrantı ayrılıb. Gəmilərin tikintisi üçün tələb olunan vəsaitin əsas hissəsinin kommersiya banklarının maliyyələşdirməsi, qalan hissəsinin isə birgə müəssisənin tərəfdaşları tərəfindən kapital qoyuluşu ilə təmin edilməsi nəzərdə tutulur.
Layihənin təqdimatında bildirilib ki, hər iki gəmi istifadəyə verildikdən sonra beş il müddətinə adları açıqlanmayan partnyorla bağlanmış zaman icarəsi (time-charter) əsasında istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır