

Yunan bərə operatoru Ro-Pax tipli gəmisini icarəyə götürən şəxsə satılmasını nəzərdə tutan müqavilə imzalayıb
Yunanıstanın iri bərə operatoru olan "Attica Group" "El Venizelos" adlı Ro-Pax tipli gəmisinin gələcəkdə icarəyə götürən şəxsə satılmasını nəzərdə tutan müqavilə imzalayıb.
Müqavilənin müddəti 5 il təşkil edir və müddət başa çatdıqdan sonra gəminin alınması ilə bağlı icarəyə götürən tərəfin məcburi öhdəliyi nəzərdə tutulur.
Şirkət bildirib ki, bu razılaşmaya əsasən aktivin balansdan çıxarılması qrupun maliyyə nəticələrinə təsir göstərmir. "Attica Group" elanında maliyyə şərtlərini və icarəyə götürənin adını açıqlamayıb.
Bu ilin əvvəlində "Attica Holdings S.A." şirkətin törəmə müəssisəsinə məxsus olan "Kriti I" Ro-Pax gəmisinin Avropa və Yunanıstan qanunvericiliyinə uyğun şəkildə təhlükəsiz və ekoloji baxımdan zərərsiz formada utilizasiyası üçün satıldığını da açıqlamışdı. Gəmi Avropa gəmi utilizasiya obyektləri siyahısına daxil edilmiş bir təkrar emal müəssisəsinə təhvil verilib. B
Şirkət həmçinin "Kriti II" adlı digər Ro-Pax gəmisini də utilizasiya üçün satıb. Bu gəmi də ilin əvvəlində təkrar emal müəssisəsinə təhvil verilib. Satışın ümumi dəyəri 3.6 milyon ABŞ dolları olub və 0.2 milyon avro mənfəət gətirib.