

“Hanwha Ocean” ABŞ gəmiqayırma zavodunda ilk LNG gəmisi sifarişini rəsmiləşdirib
Cənubi Koreyanın gəmiqayırma nəhəngi “Hanwha Ocean” ABŞ-də yerləşən gəmiqayırma müəssisəsində sıxılmış təbii qaz (LNG) daşıyan gəmi üçün sifariş verdiyini açıqlayıb. Bu sifariş şirkət üçün yeni və strateji əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirilir.
“Seanews.az” xəbər verir ki, sözügedən gəmi “Hanwha Philly Shipyard” tərəfindən inşa ediləcək. Bu zavod 2024-cü ilin dekabrında “Hanwha Ocean” və “Hanwha Systems” tərəfindən birgə əldə edilərək “Hanwha Philly Shipyard” adı ilə yenidən təşkil olunmuşdu.
“Hanwha Ocean”-un baş icraçı direktoru Kim Hee-cheul sifarişin təfərrüatlarını təqdim edərək bildirib ki, müqaviləyə bir LNG daşıyıcısının tikintisi və əlavə bir gəmi üçün opsiya hüququ daxildir.
Layihə hər iki zavodun birgə istehsal modeli əsasında həyata keçiriləcək. Gəminin əsas hissəsinin inşası Cənubi Koreyada yerləşən “Geoje” gəmiqayırma zavodunda aparılacaq. ABŞ-dəki “Hanwha Philly Shipyard” isə ABŞ tənzimləyici normalarına uyğunluq və təhlükəsizlik sertifikatlaşdırması üzrə məsuliyyət daşıyacaq.
Müqavilədə nəzərdə tutulan opsiya “Hanwha Ocean”-a əlavə bir gəmini eyni şərtlərlə sonradan sifariş vermək imkanı yaradır ki, bu da gəmiqayırma sahəsində geniş tətbiq olunan praktikadır.