Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-18,
Seanews
Heyder Eliyev

Floridada “Washington State Ferries” üçün yeni hibrid gəmilər inşa ediləcək

ABŞ-nin Florida ştatında yerləşən “Eastern Shipbuilding Group” (ESG) şirkəti “Washington State Ferries” (WSF) üçün iki yeni hibrid-elektrik bərə tikintisinə başlamaq üçün rəsmi icazə alıb.

“Seanews.az” xəbər verir ki, müqavilədə gələcəkdə əlavə bir gəmi üçün sifariş hüququ da əksini tapıb.

WSF-in Elektrifikasiya Proqramının rəhbəri Devid Sowers bildirib ki, yeni gəmilər ən müasir sahilyanı enerji doldurma və batareya saxlama sistemləri ilə təchiz olunacaq. Onun sözlərinə görə, bu gəmilər dizel yanacağından asılılığı azaldacaq, emissiyaları minimuma endirəcək və hər gün bərələrin xidmətindən istifadə edən minlərlə sərnişin üçün daha etibarlı nəqliyyat təmin edəcək.

Yeni bərələr texniki xüsusiyyətlərinə görə olduqca böyük olacaq. Hər biri 124,8 metr uzunluğa, 25 metr enə malikdir. Gəmilər 160 avtomobil və 1.500 sərnişin daşıya biləcək. Tam yüklə 17 dəniz mili sürət yığmaq gücünə sahib olan bərələr mövcud “Washington State Ferries” terminallarına tam uyğunlaşdırılacaq.

Layihənin tender prosesi bir il davam edib. İki gəmiqayırma şirkəti arasında keçirilən müsabiqədə ESG-nin təklifi həm digər iştirakçıdan, həm də WSF mühəndislərinin ilkin hesablamalarından daha sərfəli olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır