Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-22,
Seanews
Heyder Eliyev

Krit adasında qayalığa çırpılaraq yarıbatmış vəziyyətə düşən gəminin çıxarılması barədə qərar qəbul edilib

Syerra Leone bayrağı altında üzən “MN Kostas” adlı yük gəmisi 24 iyul 2025-ci ildə Yunanıstanın Krit adasındakı Sitia şəhərinin Kyriamadi dəniz sahəsində, Siderosdan təxminən üç dəniz mili qərbdə qayaya çırpılaraq yarıbatmış vəziyyətə düşüb.

“Seanews.az” xəbər verir ki,  qəzadan sonra gəmidəki yanacaq və sürtkü yağları, eləcə də gips yükü boşaldılıb, havalandırma və paylama nöqtələrinin möhürlənməsi əməliyyatları aparılıb. Bu işlərdə yedək gəmiləri, xilasetmə gəmiləri, üzən kranlar və başqa bir yük gəmisi istifadə olunub. Qəzadan sonra gəmidəki 14 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilərək Sitia limanına çatdırılıb.

Əməliyyatlar zamanı gəminin ətrafına üzən maneə quraşdırılıb və həm qəza yerində, həm də Sitia limanında dərhal çirklənmə əleyhinə avadanlıqlar hazır vəziyyətə gətirilib. Dənizdə hər hansı çirklənmə müşahidə olunmayıb.

Sitia Liman İdarəsi ilkin araşdırma aparıb və Yunanıstan qanunvericiliyinin 2881/2001 saylı qanunun 9-cu maddəsinə əsasən məşvərət komitəsi təşkil edib. Komitə gəminin idarəedicisinin məsuliyyəti ilə onun çıxarılması qərarına gəlib.

Hazırda qəzanın səbəbləri araşdırılır. Dalğıclar isə qəzaya səbəb olan qayalığın vəziyyətini qiymətləndirmək üçün suya eniblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır