Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-08,
Seanews
Heyder Eliyev

Dünyanın ilk qısa məsafəli daşımalar üçün nəzərdə tutulan ammonyakla işləyən konteyner gəmisinin inşasına start verilib

“Qingdao Yangfang Shipbuilding” zavodunda inşa edilən 1 400 TEU tutumlu buz sinifli konteyner gəmisi Norveç və Almaniya arasında qısa məsafəli daşımalar üçün nəzərdə tutulub.

"Seanews.az" xəbər verir ki, gəminin polad kəsim mərhələsi sentyabrın 5-də baş tutub. Onun təhvili isə 2026-cı ilin ortalarına planlaşdırılır.

“Yara Eyde” adlandırılan gəmi "CMB.TECH"-in konteyner bölməsi "Delphis" şirkətinə məxsus olacaq və "NCL Oslofjord" (North Sea Container Line ilə Yara Clean Ammonia-nın birgə müəssisəsi) tərəfindən istismar ediləcək. Norveçin "Enova" İnvestisiya Fondu layihəni 3,6 milyon ABŞ dolları qrantla dəstəkləyib. 

Hazırda ammonyakla işləyən dəniz nəqliyyatı məhdud şəkildə tətbiq edilir. DNV-nin məlumatına görə, bu günədək yalnız üç gəmi – bir dəniz təchizat gəmisi və iki yedəkçi istismara verilib. Daha 39 gəmi isə sifariş mərhələsindədir. 

İstismara buraxıldıqdan sonra “Yara Eyde” Oslo, Porsqrunn, Bremerhafen və Rotterdam limanlarını birləşdirən marşrut üzrə işləyəcək. Yanacaq "Yara Clean Ammonia" tərəfindən təmin olunacaq, "Yara International" isə gəmini öz Porsqrunn gübrə zavodundan Almaniya limanlarına konteyner daşımaları üçün icarəyə götürəcək.

Layihənin əsas məqsədlərindən biri ammonyağın aşağı emissiyalı yanacaq kimi istifadəsini nümayiş etdirmək, infrastruktur investisiyalarını təşviq etmək və bu texnologiyanın qlobal gəmiçilikdə geniş tətbiqinə təkan verməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır