Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-11,
Seanews
Heyder Eliyev

"MOL"-a külək dəstəkli LNG gəmiləri üçün ilkin təsdiq verilib

"Mitsui OSK Lines" (MOL) "Lloyd’s Register" təsnifat cəmiyyəti tərəfindən dörd sərt yelkənli külək dəstəkli hərəkət sistemləri ilə təchiz olunmuş iki yeni membran tipli maye təbii qaz (LNG) gəmi dizaynı üçün ilkin təsdiq (AIP) alıb.

"Seanews.az" xəbər verir ki, ilkin təsdiq 174,000 kubmetr tutumlu LNG gəmisi üçün iki fərqli dizaynı əhatə edir.

Bunlardan biri "HD Hyundai Heavy Industries" ilə birgə hazırlanıb və Marshall Adaları bayrağı altında AIP alıb. Digər dizayn "Samsung Heavy Industries" ilə birgə hazırlanıb və Liberiya tərəfindən ilkin təsdiq alıb.

"MOL"-un məlumatına görə, ənənəvi LNG gəmiləri ilə müqayisədə əsas dizayn dəyişikliklərindən biri körpünün gəminin ön hissəsinə yerləşdirilməsidir. Bu dəyişiklik həm külək dəstəkli hərəkət sistemlərinin sayını ikidən dördə çıxarmağa imkan verir, həm də onların optimal yerləşdirilməsini təmin edir, nəticədə yanacaq səmərəliliyini maksimum artırır.

Şirkət ilkin hesablamalara əsaslanaraq bir səfərdə yanacaq qənaətinin təxminən 30 faizədək, illik orta qənaətin isə 15–20 faiz civarında olacağını gözləyir.

"MOL" külək dəstəkli hərəkət sistemlərini 2030-cu ilə qədər 25 gəmidə, 2035-ci ilə qədər isə 80 gəmidə quraşdırmağı planlaşdırır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır