Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-20,
Seanews
Heyder Eliyev

"DEME" metanol istifadəsinə hazır yeni dəniz inşaat gəmisi sifariş edib

Belçikanın dəniz xidmətləri və qurunt qazıntısı sahəsində fəaliyyət göstərən "DEME" şirkəti metanol istifadəsinə hazır yeni dəniz inşaat gəmisi (OCV) sifariş edib.

"Seanews.az" xəbər verir ki, yeni gəmi xəndəklərin qazılması və kabelquraşdırma əməliyyatlarını icra etmək imkanına malik olacaq.

Gəmi Çinin Çjouşan şəhərindəki "PaxOcean" tərsanəsində inşa ediləcək və onun 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

Norveçin qabaqcıl "SALT 310" dizaynı əsasında hazırlanan 123 metrlik gəmi DP2 dinamik mövqeləndirmə sistemi, 150 tonluq dalğa kompensasiyalı dəniz kranı və 1 000 kVt/saatlıq hibrid batareya sistemi ilə təchiz olunacaq.

Gəminin göyərtəaltı hissəsində isə iki 2 500 tonluq kabel karuseli quraşdırılacaq ki, bu da əməliyyatların sürətlə və fasiləsiz həyata keçirilməsinə imkan yaradacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır