"Bahri" altı "Ultramax" tipli quru yük gəmisinə dair sifariş verib
Səudiyyə Ərəbistanının "Bahri" gəmiçilik şirkəti "International Maritime Industries" (IMI) zavodunda altı "Ultramax" tipli quru yük gəmisinə dair sifariş verib. Bu sifariş Ras Al-Khair-də yerləşən zavod üçün ilk quru yük gəmisinin tikinitisi müqaviləsi sayılır.
"Seanews.az" xəbər verir ki, hər birinin daşıma qabiliyyəti 62,823 DWT olan gəmilərin ümumi dəyəri təxminən 203 milyon dollar təşkil edir. Layihənin maliyyələşməsi şirkətin daxili vəsaitləri və bank kreditləri hesabına təmin olunacaq.
Gəmilərin 2028–2029-cu illərdə təhvil verilməsi nəzərdə tutulur.
IMI Yaxın Şərq və Şimali Afrikanın ən böyük və müasir gəmiqayırma kompleksi hesab olunur. Zavod "Saudi Aramco", "Bahri", "Lamprell" və "Hyundai Heavy Industries" şirkətlərinin birgə müəssisəsidir.

