Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-25,
Seanews
Heyder Eliyev

"MISC" LNG ilə işləyən "Suezmax" tipli tankerlər sifariş edib

Malayziyanın "MISC" şirkəti LNG ilə ikiqat yanacaq rejimində işləyən iki "Suezmax" tipli tanker üçün adı açıqlanmayan gəmiqayırma zavodu ilə müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, yeni gəmilər "MISC"-in neft və neft məhsulları daşımalarını həyata keçirən "AET" bölməsi tərəfindən idarə olunacaq və adı açıqlanmayan bir tərəfə uzunmüddətli "time-charter" əsasında ttəhvil veriləcək.

Son sifarişlərlə birlikdə "MISC" fəaliyyət göstərdiyi bütün tanker seqmentlərində ikiqat yanacaqla işləyən donanmaya sahib olacaq. Şirkət LNG-nin dəniz yanacağı kimi tətbiqinə erkən keçid edənlərdən biridir.

Malayziyalı gəmi sahibi hazırda 106 gəmidən ibarət donanmaya malikdir. Növbəti iki-üç il ərzində donanmaya daha 21 yeni gəminin qoşulması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır