Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-05,
Seanews
Heyder Eliyev

Türkiyənin 6-cı qazma gəmisi Mersinə çatıb

Türkiyənin satın aldığı 6-cı qazma gəmisi -  "West Dorado"  Mersin şəhərinə çatıb.

"Seanews.az" xəbər verir ki, gəmi Mersinin Silifke rayonundakı Taşucu limanı yaxınlığında lövbər atıb.

Məlumata görə, yeddinci nəsil 6-cı qazma gəmisi təxminən iki ay davam edəcək hazırlıq işlərindən sonra Qara dənizə yönləndiriləcək.

Qeyd edək ki, "West Dorado" ilə eyni tip olan "West Draco" gəmisi üzrə hazırlıq işləri artıq son mərhələyə çatıb. Bu gəmi Taşucu limanında qırmızı-ağ rənglərlə boyanıb və üzərinə Türkiyə bayrağı yerləşdirilib. 

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar üç gün əvvəl verdiyi açıqlamada gəmilər barədə bunları qeyd edib: “Hazırda Qara dənizdə fəaliyyət göstərən dörd qazma gəmimiz var: "Fatih", "Yavuz", "Kanuni" və "Abdülhamit Han". Beşinci gəmimiz artıq Taşucu limanına çatmışdı. İndi isə yeddinci nəsil 6-cı qazma gəmimiz Mersindədir. Təxminən 1–2 aylıq hazırlıq əməliyyatından sonra o da fəaliyyətə başlayacaq. Bununla yanaşı, mövcud istehsalımızı artırmaqla, 2026-cı ildə 6 yeni qazma gəmisi almağı planlaşdırırıq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır