"NYK Line" DX texnologiyaları ilə təchiz olunacaq yeni nəsil gəmi sifariş edib
Yaponiyanın aparıcı gəmiçilik şirkəti "Nippon Yusen Kaisha" (NYK Line) "Shinkai Toyohashi Shipbuilding" ilə DX (rəqəmsal transformasiya) texnologiyaları ilə təchiz olunacaq yeni avtomobil daşıyıcısının inşası üçün müqavilə imzalayıb.
"Seanews.az" xəbər verir ki, sifariş edilən gəmi təkmilləşdirilmiş avtonom naviqasiya sistemi, güclü yırğalanmanın qarşısını alan mexanizm və gəminin bütün ərazisini əhatə edən geniş "Wi-Fi" şəbəkəsinə sahib olacaq.
Məlumata görə, bu yeni texnologiyaların effektivliyini yoxlamaq üçün gəmi istismara verildikdən sonra real kommersiya səfərləri zamanı sınaqdan keçiriləcək.
Uzunluğu 199,95 metr, eni isə 38 metr olan bu avtomobil daşıyıcısının 31 mart 2026-cı ildə təhvil verilməsi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

