Çin ikinci kruiz gəmisini suya buraxıb
Seanews.az xəbər verir ki, Çin ikinci böyük yerli istehsal kruiz gəmisini suya buraxıb.
“Adora Cruises” şirkəti üçün inşa olunan “Adora Flower City” gəmisinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Gəmi 141 900 brut ton tutuma və 341 metr uzunluğa malik olacaq. Burada 2 130 sərnişin kabini və 5 232 nəfərlik sərnişin tutumu nəzərdə tutulur.
Gəmi “China State Shipbuilding Corporation” tərəfindən tikilir və hazırda 95 faiz tamamlanıb. Onun yaxın aylarda dəniz sınaqlarına başlaması gözlənilir.
Bununla yanaşı, şirkət daha iki kruiz gəmisinin tikintisini planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

