Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-10,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri üzrə qeyri-operator mülkiyyətçilərin sifariş portfelində artım var

Qeyri-operator mülkiyyətçilərin (NOO) ən populyar çarter seqmenti sayılan 700-9,000 TEU tutumlu gəmilər üçün verdiyi sifarişlər son bir ildə üç dəfə artıb. Bu artım 2020-ci ildən bəri çarter donanmasında müşahidə olunan kiçilməni zəiflədib.

“Seanews.az” "Alphaliner" konsaltinq şirkətinə istinadən xəbər verir ki, onilliyin əvvəlindən bəri NOO donanması əsasən gəmilərin operatorlara satılması nəticəsində kiçilib. Belə ki, son altı ildə 980 gəmi satıldığı halda, cəmi 380 yeni gəmi inşası sifariş edilib. Bir çox mülkiyyətçi, xüsusən də asiyalılar, əvvəlcə öz istifadələri üçün nəzərdə tutduqları gəmiləri sonradan gəlirli çarter bazarında icarəyə verərək faktiki olaraq NOO tonajına çeviriblər.

2026-cı ilin mart ayının sonuna qədər olan bir il ərzində qeyri-operatorlar tərəfindən ümumi tutumu 435,000 TEU olan 116 gəmi sifariş edilib ki, bura 3,000-5,000 TEU-luq orta ölçülü gəmilər daxildir. Çin və Yunanıstan mülkiyyətçiləri, o cümlədən "Costamare", "Alpha Bulkers", "Euroseas", həmçinin Norveçin "MPC Container Ships" şirkəti bu sahədə ən aktiv oyunçular olublar. Daha böyük ölçülü (5,300-9,000 TEU) seqmentdə isə "Eastern Pacific Shipping" (EPS), "Capital" və "Danaos" kimi şirkətlər 630,000 TEU tutumunda 90 gəmi sifarişi ilə fərqləniblər.

NOO donanmasının yenilənməsi çarter bazarı üçün müsbət hal olsa da, daşıyıcıların qarşılaşdığı likvidlik problemini qismən həll edəcək. Çünki sifariş edilən gəmilərin əksəriyyəti uzunmüddətli çarter müqavilələri əsasında tikilir və bu səbəbdən sərbəst bazarda dövriyyəyə daxil olmayacaq. "Alphaliner"in rəyinə görə, sərbəst çarter gəmilərinin çatışmazlığı davam edəcək, lakin Çinin bazara təqdim etdiyi yeni gəmilər təklif həcmini müəyyən qədər artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır