Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-10,
Seanews
Heyder Eliyev

Baltimorda yedəkçi gəmi batma təhlükəsi ilə üzləşib, heyət xilas edilib

ABŞ-nin Baltimor şəhərinin Yanğınsöndürən Gəmilər Stansiyası Körtis körfəzi yaxınlığında fəaliyyət göstərən bir yedəkçi gəmidən "mayday" (təcili yardım) siqnalı aldığını bildirib. Heyət üzvləri gəminin su qəbul etdiyini və batma təhlükəsi olduğunu xəbər verib.

“Seanews.az” xəbər verir ki, Baltimor limanının cənubunda batan yedəkçi gəminin xilas edilməsi üçün şəhərin yanğınsöndürmə və sahil mühafizə xidmətləri genişmiqyaslı əməliyyat keçirib. Hadisə yerindən çəkilən görüntülər "Gale" adlı gəminin yanacaq barjasını hərəkət etdirdiyini göstərir.

Qəza zamanı gəmidə neçə nəfərin olduğu haqda rəsmi məlumat verilməsə də, heyət üzvlərinin hamısının xilas edildiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır