Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dünyanın ən güclü elektrikli yedək gəmisi sınaqlardan uğurla keçdi

Türkiyənin "Uzmar" gəmiqayırma zavodunda inşa edilən və dünyanın ən güclü elektrikli müşayiət yedəyi hesab olunan "Svitzer Balder" gəmisi dəniz sınaqlarını uğurla tamamlayıb.

“Seanews.az” xəbər verir ki, batareya və metanol mühərriki ilə təchiz edilən bu unikal gəmi həm liman daxilində, həm də açıq dəniz şəraitində fəaliyyət göstərə bilən ilk bu tip texnikadır.

İsveçin Qotenburq limanına təhvil veriləcək gəmi batareya-elektrik mühərriki sayəsində əməliyyatların 90%-dən çoxunu emissiyasız yerinə yetirəcək. "AYK Energy" tərəfindən təmin edilən 6 MVt/saatlıq batareya sistemi gəmiyə həm yüksək güc, həm də yanacaq xərclərinə qənaət imkanı verir. Ehtiyat enerji üçün isə gəmidə dual-yanacaqlı metanol mühərrikləri quraşdırılıb.

Şirkət rəsmiləri bildirir ki, bu layihə batareya texnologiyasının dənizçilikdə artıq daha rəqabətqabiliyyətli olduğunu sübut edir. Hazırda bərələr və konteyner gəmiləri üçün də bənzər yaşıl enerji həllərinə tələbat sürətlə artmaqdadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır