“Üfüq”, “Zəfər” və “Turan” gəmilərinin istismara verilməsindən 10 il ötür
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsindən 10 il ötür.
Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş gəmilər 22 aprel 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilib.
Gəmilər əsasən personalın və müxtəlif təyinatlı yüklərin dənizdə yerləşən mobil qazma qurğularına, neft-qaz kəşfiyyatı və hasilatı obyektlərinə təhlükəsiz və operativ daşınması üçün nəzərdə tutulub. Hər bir gəmi 80 sərnişin tutumuna malik olmaqla yanaşı, göyərtəsində 10 tona qədər yük daşıya bilir. Yüksək manevr imkanları ilə seçilən bu gəmilərin uzunluğu 38 metr, eni 8 metr, maksimum sürəti 20 düyünə bərabərdir.
On il ərzində “Üfüq”, “Zəfər” və “Turan” gəmiləri vasitəsilə ümumilikdə 280 000-dən çox sərnişin daşınıb. Hazırda gəmilər təyinatı üzrə istismarını uğurla davam etdirirlər.

