Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Çin ölkə daxilində inşa edilmiş ən böyük LNG tankerini təhvil verdi

Aprelin 26-da Çin təmiz enerji daşınması üçün iri həcmli gəmilərin inşası sahəsində mühüm nailiyyətə imza ataraq müstəqil şəkildə layihələndirdiyi və inşa etdiyi ən böyük maye qaz (LNG) tankerini istifadəyə verib.

"Seanews.az" xəbər verir ki, "Celsius Georgetown" adlı tanker "China Merchants Heavy Industry (Jiangsu) Co., Ltd." şirkətinin tərsanəsində təhvil verilmə prosesi tamamlandıqdan sonra Sinqapura yola düşüb.

Uzunluğu 298,8 metr, eni isə 48 metr olan gəmi 180 000 kubmetr LNG daşıma qabiliyyətinə malikdir. Tanker ikiyanacaqlı və aşağı sürətli hərəkət sistemi ilə təchiz olunub.

"China Merchants Heavy Industry (Jiangsu) Co., Ltd." şirkətinin iri həcmli LNG daşıyıcıları proqramının meneceri Lu Jinlong bildirib ki, şirkət artıq bu tipli altı gəminin inşası üçün sifariş alıb. Lu əlavə edib ki, qalan beş gəminin inşası hazırda davam edir və ikinci gəminin üç ay ərzində təhvil verilməsi gözlənilir.

LNG tankerləri təbii qazı mənfi 163 dərəcə selsi temperaturda maye şəklində daşımaq üçün nəzərdə tutulub. Texnoloji mürəkkəbliyinə görə bu gəmilər uzun müddət gəmiqayırma sənayesinin "tac-cəvahiri" ləqəbini qazanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır