Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Çində dünyanın ən böyük elektrikli konteyner gəmisi təhvil verilib

Çin Təsnifat Cəmiyyəti (CCS) dünyanın ən böyük və Çinin ilk tam elektrikli, yüksək texnologiyalı dəniz gəmisi olan "Ningyuan Diankun"u sertifikatlaşdırıb.

"Seanews.az" xəbər verir ki, "Ningbo Ocean Shipping" şirkətinə məxsus 740 TEU tutumlu bu konteynerdaşıyan gəminin uzunluğu 127.8 metrdir. Gəmi iki mühərrikli sistemlə təchiz edilib və 11.5 uzel sürət yığa bilir.

"Ningyuan Diankun" əsas güc mənbəyi kimi 10 ədəd konteyner tipli akkumulyatordan istifadə edir. Gəmi həm sahildən yüksək gərginlikli enerji ilə doldurula, həm də batareyaların sürətli dəyişdirilməsi sistemi ilə işləyə bilir.

Gəmidə quraşdırılan fotovoltaik (günəş enerjisi) sistem sayəsində tam sıfır emissiya təmin edilir. Bu, il ərzində karbon qazı tullantılarını təxminən 1462 ton azaltmağa imkan verir.

Gəmi Çin Təsnifat Cəmiyyətinin "i-ship" (ağıllı gəmi) dərəcəsinə malikdir. İnteqrasiya olunmuş ağıllı sistem real vaxt rejimində marşrutun optimallaşdırılmasına və avadanlıqların tam monitorinqinə şərait yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır